Qarabağa növbəti dəfə yanacaq göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa növbəti dəfə yanacaq göndərildi

Rəsmi

26 Sentyabr 2023 16:44 611


Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.

Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə göndərilib. pizza mizza

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

Bundan öncə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yüklü iki avtomobil Qarabağa yola salınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!