Qarabağda bıçaq sümüyə dirənib: “Yayın ortalarında Azərbaycan dronları havaya qalxacaq...”

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda bıçaq sümüyə dirənib: “Yayın ortalarında Azərbaycan dronları havaya qalxacaq...”

Siyasət

19 May 2023 15:02 4087


“Qarabağ erməniləri yalnız bir mətləbi anlayır - Moskvanın, Kremlin göstərişlərini”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib. 

O, aprelin 23-də Azərbaycanın Laçın rayonun girəcəyində nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Xankəndi və ətraf ərazilərdə baş verən hadisələrə, o cümlədən ermənilərin sülhə meylli olmamalarından söz açıb. Pepperoni pizza

Analitik xatırladıb ki, ermənilərin ipə-sapa yatmaz davranışları onların mövqeyi deyil:

“Onların özlərinin müstəqil siyasət yürütmək üçün heç bir imkanları yoxdur. Nə pulları var, nə gücləri, nə də orduları. Kremldən başqa dayaqları yoxdur. Kreml də onlara deyir ki, siz özünüzü barışmaz, müstəqillik tərəfdarı kimi göstərin, biz də sizi müdafiə edib dünyaya deyəcəyik ki, bu insanlar Azərbaycanda yaşamaq istəmirlər, onlar deyirlər ki, biz ölərik, amma Azərbaycanda yaşamarıq və s. Bu onların Kremldən gələn tapşırıqlarıdır”. 

“Eyni zamanda Kreml Azərbaycan və Ermənistan liderlərini Moskvaya dəvət edəcək və Azərbaycana deyəcək ki, səndə vəziyyət gərgindir deyə Qarabağ məsələsi qalsın sonrakı nəsillərə. Gələcək nəsillərə qədər də rus ordusu orada olsun və onlara təskinlik versin. Bu, onların siyasətidir və mənə elə gəlir ki, Azərbaycan bunu qəbul etməyəcək. Çünki indiyədək Azərbaycan hökumətinin belə bir mövqeyi olub ki, onların istəmək haqqı var, amma onların istəkləri nəzərə alınmamalıdır. Qısası, Kreml Qarabağ ermənilərinə tapşırıq verib, onlar da indi mitinq çağırırlar, bəyanatlar, müsahibələr verirlər, petisiyalar imzalayırlar, qışqır-bağır salıb, hoppanıb-düşürlər. Amma nəticədə onları sayan yoxdur”, - o, əlavə edib. 

Müsahibimiz tarix də verib:

“Əgər Ermənistan öz mövqeyini dəyişdirməsə, oradakı qanunsuz silahlı birləşmələri çıxarmasa, yəqin ki, yayın ortasında Azərbaycan dronları qalxacaq,  artilleriya və aviasiyamız onların texnikalarını vuracaq. Azərbaycan çalışacaq ki, insan tələfatı az olsun, amma texnikaları məhv edəcək. Ondan sonra yenə soruşacağıq ki, çıxırsınız? Bax elə bundan sonra da ermənilər suları süzülə-süzülə çıxacaqlar”. 

“İndi Azərbaycan belə etsə, Azərbaycana üçüncü bir dövlət hücum edəcək? Yox. Çünki Qərb çox gözəl anlayır ki, Qarabağ ermənilərini orada saxlayan bir xülya, yalançı təsəvvürdür. Guya onları bölgədə 10 minlik qoşunları qoruyur, amma, əslində, onları rus hərbçiləri saxlayır. Rus hərbçiləri də onları saxlayır ki, əgər ermənilər reinteqrasiyaya razı olsalar, yaxud köçüb getsələr, onda rus hərbçilərinin orada qalmaq üçün səbəbi olmayacaq. Ona görə də ruslar istəyir ki, münaqişə davam etsin”, - o, fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!