Qarabağda BMT sülhməramlıları - Peskovdan cavab

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda BMT sülhməramlıları - Peskovdan cavab

Siyasət

11 Yanvar 2023 13:34 1007


"BMT Təhlükəsizlik Şurasının sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsi yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə mümkündür".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edib: Toyuqlu pizza

“İşçi qruplar arasında müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”, - Peskov bildirib.

Xatırladaq ki, Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatı başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurasına regiona beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ilə bağlı müraciət gələ bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!