Azərbaycan Premyer Liqasının 5-ci turunda dünən "Zirə" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun son durumuna aydınlıq gəlib.
“Yeni Sabah” klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, 29 yaşlı oyunçu ölkə çempionatında "Sumqayıt" (27 sentyabr) və Avroliqanın qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la (3 oktyabr) görüşləri dəqiq buraxacaq.
Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq. pizza mizza

Telegram kanalımız