Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlandı - Video

Maraqlı

23 Sentyabr 2023 19:25 955


Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 23-dək müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bölgədəki qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları istiqamətində görülən işlər davam etdirilir. pizza sifarişi

Siyahıda 4 tank, 1 PDM, 3 MT-LB ZQ-20/3 “Zastava”, 12 haubitsa, 12 minaatan, 468 mina, 956 mina üçün atım, 441 minaatan mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 atıcı silah, 66 242 patron, 50 raket, 300 partladıcı, 62 əl qumbarası qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!