Qarabağda qırmızı kitaba düşən heyvanlar mina qurbanı olur - Video

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda qırmızı kitaba düşən heyvanlar mina qurbanı olur - Video

Maraqlı

26 Oktyabr 2023 23:56 1345


Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyərək beynəlxalq təşkilatlara müraciət ediblər.

“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin müraciətində deyilir ki, işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Ayı balasının ölümünə səbəb olan mina 2021-ci il Ermənistan istehsalıdır. Dördpendirli pizza

“Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır. Dəqiq mina xəritələrinin Azərbaycan dövlətinə təhvil verilməsində Sizin əvəzsiz töhfəniz ola bilər, bu, Cənubi Qafqazın təbiətini xilas edə bilər”,- deyə müraciətdə qeyd olunub.

Sorğuya cavab olaraq “Həyat və  canlılar naminə” Beynəlxalq Birilikdən Azərbaycanın cağrışına biganə yanaşılmayacağı bildirilib.

Bildirilib ki, Beynəlxalq Birliyin nümayəndələri Azərbaycanlı həmkarları ilə əlaqə saxlayıb vəziyyəti yerində dəyərləndirəcəklər.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!