Qarabağda separatçıların bağladığı yolu Rusiya sülhməramlıları açdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda separatçıların bağladığı yolu Rusiya sülhməramlıları açdı - VİDEO

Rəsmi

16 Avqust 2023 12:16 1509


Separatçılar Rusiya sülhməramlılarının Qarabağdakı bazasının girişi yaxınlığında aksiya keçiriblər.

Yenisabah.az Baku TV-yə istinadla xəbər verir ki, bununla bağlı yayımlanan kadrlarda Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların nümayəndəsi kimi təqdim edən Artur Osipyanın maşınla qərargahın girişini kəsməsi, ancaq rusiyalı hərbçilərin yolu açdıqları əks olunub.

Erməni seqmentində yayılan görüntülərdə Rusiya sülhməramlılarının qərargahına Osipyan və videonu çəkən şəxsdən başqa cəmi üç-dörd nəfərin gəldiyi görünür. Onlar hər zaman olduğu kimi, ərazi iddialarını dilə gətirib, digər cəfəng fikirlər səsləndiriblər. Dominos pizza

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı provokasiya ilə məşğul olan bir qrup erməni azlığın Azərbaycan-Ermənistan sərhədinə doğru yürüşünü müşayiət etməkdən imtina edib. Qarabağdakı sülhməramlı kontingentinin komandirinin müavini, polkovnik İ.Sazonovun onlara ünvanladığı cavab məktubunda 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsinin nəzərdə tutulmadığı vurğulanıb.

Bu rədd cavabını həzm etməyən separatçıların nümayəndəsi Artur Osipyan Həkəri körpüsünə özbaşına getməyə hazır olduğunu demişdi.

Yeri gəlmişkən, erməni fəal İşxan Verdyan bu təxribatına görə Artur Osipyanı axmaq adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!