Azərbaycanın ötən ayın sonlarında Laçın istiqamətində nəzarətə götürdüyü sərhədyanı bölgələr regiona qanunsuz silah-sursat və şəxsi heyət daşıyan Ermənistanı çətin vəziyyətdə qoymuşdu.
Bir sıra erməni “Telegram” kanalları isə bu gün yazır ki, Azərbaycan artıq Laçın yolunun girəcəyində nəzarət-buraxılış məntəqəsi quraşdırıb.
Ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev Yenisabah.az-la söhbətində deyib ki, ilk növbədə, Laçında nəzarət-buraxılış məntəqəsinin quraşdırılması çox vacibdir. Onun sözlərinə görə, burada söhbət son 30 ildə Ermənistanın Qarabağı silah-sursat və şəxsi heyətlə qidalandırdığı bir yolun nəzarətə götürülməsindən gedir. pizza hut
“Bizim qətiyyən hansısa bir yolu bağlamaq niyyətimiz yoxdur, çünki bu yoldan biz özümüz də istifadə edirik. Amma bu yol ilə daşınmalara nəzarət etmək Azərbaycan üçün çox vacib və böyük əhəmiyyətə malikdir. Əgər bu daşınmaların qarşısı tamamilə alınarsa, o zaman separatçı rejimin orada mövcud olması üçün şərait də aradan qalxmış olar”, – perspektivlərdən danışarkən söyləyib.
Mütəxəssis onu da vurğulayıb ki, eyni zamanda həmin nəzarət-buraxılış məntəqəsi rusların da daşıdığı yüklərə nəzarət imkanını verməlidir:
“Yəni biz ermənilərin daşınmalarını məhdudlaşdırıb rusları nəzarətsiz qoya bilmərik. Çünki rusların da son illərdə bitərəf və neytrallıqdan uzaq olaraq erməni silahlılarının təminat və təchizatında mühüm rol oynadıqlarının şahidiyik. Ona görə də həmin nəzarət-buraxılış məntəqəsinin quraşdırılamsı bizə yüksək perspektivlər vəd edir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız