“Qarabağdakı rus sülhməramlılarından şikayət edə bilərsiniz” -   Rusiya səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağdakı rus sülhməramlılarından şikayət edə bilərsiniz” - Rusiya səfiri

Rəsmi

08 Aprel 2023 10:12 1497


“Qarabağdakı rus sülhməramlılarından şikayət edə bilərsiniz, lakin Rusiyanın mövcudluğu eskalasiyanın qarşısını almaq üçün mühüm amildir”.

Yenisabah.az “Armenia Today”ə istinadla xəbər verir ki, bunu Rusiyanın səfiri Sergey Kopirkin bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır: pizza hut

“Rusiya heç bir şəkildə öz öhdəliklərindən imtina etmir. 102-ci hərbi baza fəaliyyət göstərir, sərhədçilərimizin sayı artıb, Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdə də müşahidə məntəqələri var. Təbii ki, Qarabağdakı sülhməramlı qoşunlarımız regional təhlükəsizliyin təmin edilməsində mühüm amildir”.

S. Kopirkin bildirib ki, təəssüflər olsun ki, sülhməramlılar zaman-zaman tənqid olunur, lakin bu, onların Qarabağda erməni əhalisinin təhlükəsizliyinin və güzəranının təmin edilməsində əsas amil olması faktını silmir:

“Məncə, bunun sübuta ehtiyacı yoxdur. İndi də dəhlizin bağlı olduğu şəraitdə sülhməramlılar həyati əhəmiyyət kəsb edən ləvazimatların və ərzaq təminatında dəstək göstərməklə humanitar böhranın qarşısının alınmasında çox mühüm rol oynayırlar.

Hərbi-texniki əməkdaşlığa gəlincə, bu sahə ictimai deyil, həssas sahədir”, – Rusiya səfiri əlavə edib.

Səfirin sözlərinə görə, ümumən Ermənistanda vəziyyət xüsusidir:

“Ölkədə Rusiyanın hərbi bazası, qoşunların birgə qruplaşması var və bu, təbii ki, kifayət qədər müntəzəm olaraq birgə tədbirlərin, hərbi təlimlərin keçirilməsini nəzərdə tutur”.

Birgə hərbi təlimlər barədə danışan Kopirkin qeyd edib ki, Rusiya bunu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi amili və regionda təhlükəsizliyin qorunub saxlanılması, möhkəmləndirilməsi, problemlərin və münaqişələrin siyasi yolla həllinə şərait yaradılması istiqamətində ümumi səylərin tərkib hissəsi kimi qiymətləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!