Qarabağdan ancaq bu şəxslər qaçır - Şirinyan

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan ancaq bu şəxslər qaçır - Şirinyan

Rəsmi

14 Sentyabr 2023 13:24 2879


Erməni bloger Karen Şirinyan Azərbaycanın Qarabağ bölgəsindən “hərbi xidmət”ə yararlı olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

“Qurumlara xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “təhlükssizlik xidməti”, necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmirlər, amma bu “postda duranlara” (kişilərə - red.) çıxış imkanı verilir? İndi keçid məntəqəsindən kim keçirsə, türklər şəkillərini çəkib dərc edirlər. Heç deməyin ki, onlar (Qarabağdan gedənlər - red.) impotentdirlər, müalicəyə gedirlər, ya da hemoroid olublar?  Pepperoni pizza

Mən buna qarşı deyiləm, qoy getsinlər, amma necə olur ki, hamı gedə bilmir? Əgər sualıma ciddi cavab verilməsə, heç bir qurumdan əl çəkməyəcəyəm. Bəsdirin, ağzımı açdırmayın! Müharibə vaxtı da belə qoyunlar arvadlarının ətəyinin altında gizlənib, qaçıblar, İrəvanda əyləniblər. Mən danışacağam, utanmıram. Onlar bu 18 yaşlı əsgərləri tək qoyub qaçdılar və müharibədən sonra medallar aldılar”, - Şirinyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!