Topaz Premyer Liqasının 27-ci turunda “Səbail”i məğlub edərək ardıcıl 6-cı dəfə ölkə çempionu adını qazanan “Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
“Yeni Sabah” xəbər verir ki, Ağdam təmsilçisinin artıq 7 potensial rəqibi müəyyənləşib. “Səpələnmişlər” səbətində qərarlaşan Ağdam klubunun potensial rəqibləri aşağıdakılardır: “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Valur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək. Pepperoni pizza
Telegram kanalımız