Qarabağın erməniəsilli sakini: “Azərbaycan pasportuna keçəcəyəm“

saytların hazırlanması

Evə çatdırılma

Qarabağın erməniəsilli sakini: “Azərbaycan pasportuna keçəcəyəm“

Rəsmi

27 Sentyabr 2023 14:36 689


"Qarabağ Azərbaycanındır və Azərbaycan pasportuna keçəcəyəm". 

"Report"un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Suren Babayan deyib.

Onun sözlərinə görə, 36 ildir Şuşanın Daşaltı kəndində yaşayır və geri qayıtmaq fikri var: Marqarita pizza

"Bütün ailəm, qohumlarım Turşsuda qalıb. Qoyunlarımın bir hissəsini indi keçirirəm, yarısı hələ orada qalıb. Azərbaycan tərəfinin heç bir təzyiqinə məruz qalmadım. Uzun müddət Azərbaycanda fermer təsərrüfatım olub. Ağcabədidə ferma müdiri olmuşam, 11 min mal-qaram olub".

S.Babayan onu da bildirib ki, tezliklə Azərbaycan pasportunu almaq fikri var:

"Qarabağ Azərbaycanındır və mən bunu həmişə bu cür də bilmişəm".

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!