“Qarabağ“ın növbəti mərhələdə rəqibi bu iki komandadan biri olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın növbəti mərhələdə rəqibi bu iki komandadan biri olacaq

İdman

28 İyul 2022 00:06 1264


"Sürix"i mübarizədən kənarlaşdıraraq (3:2, 2:2) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn "Qarabağ” Avropa Liqası və Konfrans Liqasında da özü üçün müəyyən yerləri təmin edib.

Yenisabah.az xəbər verir ki, Ağdam klubu ən azı UEFA Konfrans Liqasının qrupu və həmin turnirin mükafatı kimi  2,9 milyon avro avtomatik olaraq təmin edib.

Bundan başqa, "Qarabağ" ən azı UEFA Avropa Liqasının pley-off mərhələsini təmin edilb. pizza sifarişi

Həmçinin, Qurban Qurbanovun komandası Çempionlar Liqasının “pley-off”una bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in 3-cü mərhələsində "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. 

“Qarabağ” ÇL-də 3-cü mərhələni uduzacağı halda belə, Avropa kuboklarında mübarizəni davam etdirəcək (ən pis halda Konfrans Liqasının qrupunda).(qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!