“Qarabağ“ın oyunu təxirə salınacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın oyunu təxirə salınacaq? - Açıqlama

İdman

29 İyul 2022 15:23 1225


“Qarabağ” 2022/23 mövsümü Azərbaycan Premyer Liqasının ilk turunun oyunu ilə əlaqədar Peşəkar Futbol Liqasına müraciət etməyəcək.

Yenisabah.az xəbər verir ki, bu haqda Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”la səfərdə keçirəcəyi oyunla əlaqədar Ağdam klubunun yerli liqada “Səbail”lə ilk görüşünün təxirə salınması məsələsi gündəmə gəlib. Məsələ burasındadır ki, avqustun 3-də “Qarabağ” “Ferentsvaroş”la evdə, avqustun 9-da isə səfərdə qarşılaşacaq. Avqustun 6-da isə Qurban Qurbanovun komandası öz meydanında “Səbail”lə qarşılaşmalıdır.  pizza hut

Komandanın 1 həftə ərzində ağır qrafikinə baxmayaraq, baş məşqçi Qurban Qurbanov PFL-ə müraciət etməmək qərarı verib və yerli liqanın ilk matçını təxirə salınmamasını istəyib.

Beləliklə, “Qarabağ”la “Səbail” avqustun 6-da yeni mövsümün ilk turunda üz-üzə gələcək. Görüşün başlama saatı hələlik təsdiqlənməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!