“Qarabağ“ın potensial rəqibləri müəyyənləşir   - Yenilənir

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın potensial rəqibləri müəyyənləşir - Yenilənir

İdman

18 İyul 2022 09:51 786


Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Yenisabah.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bilinəcək.

2-ci təsnifat mərhələsində "Qarabağ" - "Sürix" (İsveçrə) cütünün qalibi növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi və ya "Apollon" (Limassol, Kipr) ilə üz-üzə gələcək. pizza

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) cütünün qalibi

Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi

"Apollon" (Limassol, Kipr)

Bu gün həmçinin Avropa Liqasında da Bakı vaxtı ilə saat 15:00-da  3-cü təsnifat mərhələsinin püşkatma mərasimi olacaq.

"Qarabağ" - "Sürix" cütünün məğlubu  Avropa Liqasında Çempionlar Yolunda çıxış edəcək. Bu cütdə uduzan tərəf Çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaq. Yalnız "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünün Azərbaycan təmsilçisi ilə düşmək şansı yoxdur.

 "Qarabağ" - "Sürix" cütünün məğlubu aşağıdakı 8 cütdən birinin məğlub komandası olacaq:

"Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)

HİK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)

"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç)

"Jalgiris" (Litva) / "Malmö" (İsveç)

"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya)

"Maribor" (Sloveniya) / "Şerif" (Moldova)

"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!