2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
"Yeni Sabah" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb.
Mövsümün sonuna qədər "Sumqayıt"ın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək. pizza
Telegram kanalımız