“Qarabağ”ın yeni transferi: “Bu bizdə arxayınlıq yaratmamalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın yeni transferi: “Bu bizdə arxayınlıq yaratmamalıdır”

İdman

04 Sentyabr 2019 11:10 1136


“Mənə “Qarabağ”dan təklif gələndə başqa təkliflərim yox idi. “Qarabağ”la yanvar ayına qədər müqavilə imzladım və bu mənim üçün çox vacib kariyera addımıdır. İnanıram ki, bundan sonra əməkdaşlığımızı davam etdirmək üçün qarşılıqlı səbəbimiz olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Asmir Beqoviç bu kluba keçidindən danışarkən deyib. Qolkiper ölkəsinin mətbuatına danışarkən Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki şanslarını da dəyərləndirib:

 “Qarabağ” böyük hədəfləri olan klubudur. Burada özümü yaxşı tərəfədən göstərmək istəyirəm. “Qarabağ”la Avropa Liqasında oynayacağam. Bu hazırda mənim üçün ən önəmli şeydir. “Qarabağ” Avropada ilk dəfə çıxış etmir. Onun Avropada neçə illik təcrübəsi var və kifayət qədər intizamlı komandadır. Onun “Linfild”lə qarşılaşmasını izləmişəm. Avroliqada asan rəqib yoxdur. “Sevilya”nın gücünə bələdik. APOEL və “Dudelanj”da  asan rəqib kimi görünə bilər, amma bu bizdə arxayınlıq yaratmamalıdır. Lakin bütün hallarda düşünürəm ki, klubun adından söz etdirəcək oyun sərgiləyə biləcəyik”.  pizza sifarişi

Qapıçı “Qarabağ”da keçirəcəyi oyunların yığmadakı durumuna da müsbət təsir göstərə biləcəyini qeyd edib:

“Burada müntəzəm olaraq oynasam, yığmadakı çıxışıma da müsbət təsir edər. Hələ ki, milli ilə bağlı heç bir danışığımız olmayıb. Qayıtmağımla bağlı nə düşündüklərini bilmirəm. Amma mən istənilən vaxt milliyə kömək etməyə hazıram”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!