“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj" səfər oyunlarında azarkeş dəstəyi görəcək.
“Yeni Sabah” Lüksemburq mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar” səfər matçlarına azarkeş aparacaq. Bunun üçün azarkeşlərə müraciət də edilib.
Bildirilib ki, biletləri azarkeşlər klubdan əldə edə bilərlər. Buna görə, azarkeşlər ümumilikdə 1250 avrolarından keçməlidirlər. Bakıya səfər azarkeşlərə 600 avroya başa gələcək. Onlar Sevilya və Bakıya çarter reysi ilə gələcək və eyni zamanda tərəfdarlar bu şəhərlərdə 4 ulduzlu oteldə qalacaq. Bakıya səfər dekabrın 10-da olacaq. Qonaqlar ayın 13-də geri qayıdacaqlar. pizza mizza
Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasında son tur çərçivəsində Bakıda olacaq matç dekabrın 12-də keçiriləcək. Bu komandalar arasında ilk görüş isə oktyabrın 3-də səfərdə baş tutacaq.
Telegram kanalımız