Qardaş ölkə ilə bağlı QORXUNC SSENARİ baş verəcək?   - 12 gün qaldı

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkə ilə bağlı QORXUNC SSENARİ baş verəcək? - 12 gün qaldı

Dünya

06 Aprel 2026 22:59 1608


Pakistandakı neft ehtiyatları 12 günə kifayət edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qurumdan bildiriblər ki, ehtiyatlar ölkəyə gələn yüklər və planlaşdırılan idxal hesabına qorunur. Pepperoni pizza

"Neft emalı zavodları optimal səviyyədə işləyir, benzin, dizel yanacağı və neft tədarükü ilə bağlı ümumi vəziyyət sabit qalır", - deyə Maliyyə Nazirliyi bəyan edib.

Xatırladaq ki, martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr fonunda sərt yanacaq qənaəti tədbirləri tətbiq edib.

Martın 18-dən Pakistanda məktəblərin fəaliyyəti dayandırılıb, ali təhsil müəssisələri isə onlayn təhsilə keçiblər. Dövlət qulluqçularının yarısı məsafədən iş rejiminə keçirilib, bütün dövlət müəssisələri dörd günlük iş həftəsinə keçib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!