Qardaşının qanını tökdü

saytların hazırlanması

Evə çatdırılma

Qardaşının qanını tökdü

Kriminal

01 İyul 2019 05:33 1041


Şəmkir rayonunda yerli sakin naməlum şəraitdə ağır xəsarət alıb.

1981-ci il təvəllüdlü şəxs İntiqam Əliyev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya gedib.

O, dərhal həkimlər tərəfindən cərrahiyyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Dominos pizza

İ.Əliyev xəsarəti ehtiyatsızlıqdan aldığını, yıxılaraq qarnına dəmir batdığını bildirsə də, məsələ polis tərəfindən araşdırılarkən məlum olub ki, onu şəxsi mübahisə zəminində qardaşı Hafiz Əliyev bıçaqlayıb. 

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!