Qardaşlardan dəhşətli əməl –   Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Qardaşlardan dəhşətli əməl – Ölən və yaralanan var

Kriminal

14 Avqust 2019 16:25 1160


Daxili İşlər Nazirliyi Beyləqan rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

“Yeni Sabah” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.

Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib. pizza sifarişi

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!