Qardaşovlara məxsus şirkətin səhmləri satışa çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Qardaşovlara məxsus şirkətin səhmləri satışa çıxarılır

İqtisadiyyat

16 Oktyabr 2019 08:05 1806


“İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi Bakı Fond Birjası QSC-də satışa çıxarılacaq.

“Yeni Sabah” xəbər verir ki, açıq hərrac noyabrın 5-də keçiriləcək.

Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər. pizza mizza

Qeyd edək ki, bir müddət əvvəl sözügedən şirkətin müflis olması ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu. Bildirilirdi ki, “İsmayıllı Broyler”in hüquqi varisi olan və 1998-ci ildə yaradılan “İsmayıllı Quşçuluq” Qardaşovlar ailəsinə məxsusdur. “İsmayıllı Quşçuluq” ASC-nin 50,1%-i Qardaşov Zaur Zahid oğluna, 34,17%-i Qardaşova Siyasət Cəlil qızına, 10,96%-i Qardaşov Zahid Əhməd oğluna və digər 7 fiziki şəxsə (4,77%) məxsusdur. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!