Qaribaşvili Ərdoğanı təbrik etdi 

saytların hazırlanması

Evə çatdırılma

Qaribaşvili Ərdoğanı təbrik etdi 

Siyasət

18 May 2023 14:04 708


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb. 

Rəsmi açıqlamada Qaribaşvilinin Türkiyədə seçkilərin uğurla keçirilməsi, səsvermənin birinci turunun nəticələri və parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının səslərin çoxunu qazanması münasibətilə Ərdoğanı təbrik etdiyi bildirilib.  Sezar pizza

Baş nazir iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində, regionun davamlı və sabit inkişafında, eləcə də beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsində Ərdoğanın rolunu xüsusi vurğulayıb. 

Qaribaşvili ikinci turda Ərdoğana uğurlar arzulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!