Qarlı hava ilə bağlı yeni açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qarlı hava ilə bağlı yeni açıqlama

Sosial

19 Fevral 2019 17:29 1032


Fevralın 20-si səhər saatlarından başlayaraq, respublika ərazisində yağıntılar kəsiləcək və havanın temperaturu bir neçə dərəcə yüksələcək. 

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, dünən axşamdan və fevralın 19-na keçən gecədən başlayaraq, Rusiyadan hərəkət edən siklonla bağlı olan soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi nəticəsində havanın temperaturu 8-10 dərəcə aşağı enib.  Sezar pizza

“Respublikanın Böyük Qafqazda yerləşən rayonlarında düşən yağıntının miqdarı 4-11 mm olub. Yağan qarın hündürlüyü Altıağacda 14 sm, Qubada 11 sm, Şahdağda 10 sm, Qusar və Xınalıqda 7 sm, Qrızda 6 sm, Mərəzədə 3 sm, İsmayıllıda isə 1 sm-dir”. 

O bildirib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında sulu qarın yağması davam edəcək: 

“Şəhərətrafı ərazilərdə və Bakı şəhərinin nisbətən yüksək olan hissələrində axşama doğru zəif qar örtüyü əmələ gələ bilər”. 

Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!