Qarşıda bizi rüsvayçılıqlar gözləyirmi?

saytların hazırlanması

Evə çatdırılma

Qarşıda bizi rüsvayçılıqlar gözləyirmi?

İdman

16 May 2019 12:44 1188


Bütün dünya futbolunda olan standart qaydalardan biri də aşağı divizion qalibinin ondan 1 pillə yuxarı olan qrupa qalxmasıdır. Əsas liqanın sonuncusu isə elitanı tərk etməlidir. Amma bizim ölkəmiz yeni qanunlar, yeni qaydalar ölkəsi olduğundan hər şeyə dırnaqarası yanaşmaqdan bezmirik, usanmırıq.

MOİK 1-ci divizionunun qalibi olsa da, ona əsas liqada oynamaq şansı verilmədi. Əsas səbəb olaraq isə, maliyyə problemi göstərildi. Bir az reallıq, bir az bəhanə. Əvəzində autsayder "Keşlə" Premyer Liqamızda qaldı. 

Belə götürsək, Premyer Liqada olan bütün klubların maliyyə bazarı aşıb-daşmır. Sponsor var, ola bilər. Amma hər sponsor kluba filan qədər pul verim, get filan futbolçuları transfer et demir. Real yanaşsaq, bir futbolçunun transferi üçün nə qədər pul verildiyini yaxşı bilirik. Və hər sponsorun bu məbləğin altından qalxmağa gücü çatmır. O zaman bu işi öhdəsinə futbolumuzun 1-ci Pyotru AFFA  götürür və yavaş-yavaş əli yetən, gücü çatan qədər həmin klublar dolandırır.  pizza

Əvvəldə qeyd etmişdik ki, AFFA MOİK-ə maliyyə problemlərinə görə lisenziya verməyib. Digər klublara ayrılan "nəzir qutusundan" niyə MOİK-ə də ayrılmasın axı? Nəyi əksikdir bu klubun digərlərindən? Çox gülməlidir. Sən mövsüm boyu əziyyət çək, "tər tök", çalış, oyna, çempion ol, axırda da desinlər ki, sənin maliyyən yoxdu, gedə bilərsən. Nəticədə yenə 8 klublu bir çempionat. Yəqin, Elxan Məmmədov istəyir, ingilislər gəlsin, pivə alsın bu da pullanıb MOİK-i əsas liqaya buraxsın. Belə fikirləşirsə, yanındayıq. Onu dəstəkləyərik. Günahımıza görə istəsə, üzr də istəyərik. 

Yenə davam edən 8 klublu Bakı çempionatı. Məşhur şeirdə də deyildiyi kimi - Yenə bu şəhərdə üz-üzə gəldik, beyləyək başqa bir şəhərimiz yox. Bu bizə nələr qazandırıb nələr itirdəcək? Təbii, kor-kor, gör-gör. Ortada qazanılan böyük şeylər yoxdur-yalnız "Qarabağ"ın öz gücünə AL, ÇL qrup mərhələsini qazanmağını çıxmaqla. Amma bəs digər klublar? Buna görə də itirilən şeylərdən danışmağa məcburuq. Rəqabət olmayan yerdə irəliyə getmək də olmur. Ən azından bizi xaricdə təmil edəcək klublar adına danışsaq, onların işinin heç də rahat olmayacağını deyə bilərik. Qarşıda bizi rüsvayçılıqlar gözləyirmi? Gözləyir. Bu mənada 8 klubla çempionat yararsızdır və biz ayağı sınmış futbolu xaricə biyabr olmağa göndəririk. Kimdir günahkar? AFFA. MOİK-i əsas liqaya qaldırmayan AFFA. 8 klubla çempionat quran AFFA. Futbolçuları heç-heçəyə görə 5 min manat dəyərində mükafatlandıran AFFA. Bir az da sayıb əsəbləri tarıma çəkməyə lüzum görmürəm. 

O məşhur cümləni yazmaq üçün səbrsizlənirəm - Azərbaycan futboluna xoş gəlmisiniz!

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!