Qatarın “Mersedes”lə toqquşmasının səbəbi bilindi - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Qatarın “Mersedes”lə toqquşmasının səbəbi bilindi - Rəsmi

Kriminal

29 İyul 2019 13:05 1039


Xəbər verdiyimiz kimi, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah"ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub. pizza mizza

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!