Qaxda əlbəyaxa dava bıçaqlanma ilə bitdi

saytların hazırlanması

Evə çatdırılma

Qaxda əlbəyaxa dava bıçaqlanma ilə bitdi

Kriminal

15 Oktyabr 2019 21:20 1466


Qaxda iki gənc arasında baş verən dava bıçaqlanma ilə bitib.

"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saatlarında Qax şəhəri ərazisində qeydə alınıb.

Qax şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Tərlan oğlu Balacayev ilə rayonun Qaxingiloy kənd sakini, 1998-ci il təvəllüdlü Fuad Adil oğlu Mustafazadə arasında dava baş verib. Dava zamanı Orxan Balacayev Fuad Mustafazadəyə qapalı kəllə-beyin tarvması yetirib. Fuad Mustafazadə isə əlində olan kəsici alətlə Orxan Balacayevin sol bel nahiyəsinə xəsarət yetirib. Hər iki şəxs aldığı xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. pizza mizza

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!