Qaxda kabusa çevrilən fındıq mövsümü: Təsərrüfat sahibləri indi nə etməlidirlər?

saytların hazırlanması

Evə çatdırılma

Qaxda kabusa çevrilən fındıq mövsümü: Təsərrüfat sahibləri indi nə etməlidirlər?

Xalqın səsi

10 Sentyabr 2025 10:18 5608


Qaxın bir sıra kəndlərində təsərrüfatın əksər hissəsini fındıqçılıq təşkil edir. Bu sahə əhalinin əsas məşğuliyyət sahəsi və gəlir mənbəyi hesab olunur.

Turaclı kənd sakinlərinin sözlərinə görə, bu il məhsuldarlıq xeyli aşağı düşüb.

"Aylarla gözləyirik ki, fındıq mövsümü başlayacaq, ehtiyaclarımızı qarşılaya biləcəyik. Ancaq bu il əvvəlki illərlə müqayisədə məhsuldarlıq çox aşağıdır. Hazırda bağımda 120 ağac var. Normalda buradan 2-2,5 ton fındıq yığılmalı idi. Lakin ildən-ilə məhsuldarlıq zəifləyir. 3-4 il əvvəl 700 kiloqram, ondan sonra 500 kiloqram, ötən il isə 430 kiloqram məhsul götürmüşdüm. Bu il isə ən yaxşı halda 300 kiloqram ola bilər. Havanın kəskin dəyişməsi, qışda sərt soyuqların, yazda isə ayazın təsiri məhsuldarlığı xeyli aşağı salıb", - təsərrüfat sahibi söyləyib. Sezar pizza

Aqrar Sığorta Fondundan bildirilib ki, təsərrüfat sahibləri müəyyən risklərə görə fındıq bağlarını vaxtında sığorta etdirərək dövlətdən sığorta ödənişi ala bilərlər.

Ətraflı Baku TV-nin süjetində:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!