Qaxda partlayışda yaralanan qadın öldü

saytların hazırlanması

Evə çatdırılma

Qaxda partlayışda yaralanan qadın öldü

Hadisə

19 Mart 2020 01:25 829


Qaxda qaz sızması nəticəsində baş verən partlayışda ağır yanıq xəsarətləri alan qadın ölüb.

"Yeni Sabah" xəbər verir ki, rayonun Qıpçaq kənd sakini 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova Bakı xəstəxanalarının birinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, N.Osmanova ötən gün səhər yaşadığı evdə qaz sobasını yandırmaq istəyib və bu zaman partlayış olub. Hadisə nəticəsində qadının əri, 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. /Qafqazinfo Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!