Qaz limiti haqda açıqlama: ARTIRILIR?

saytların hazırlanması

Evə çatdırılma

Qaz limiti haqda açıqlama: ARTIRILIR?

Sosial

27 Yanvar 2026 12:18 2663


Vətəndaşlar kommunal xərclərin yüksək olmasından və bu xərcləri ödəməkdə çətinlik çəkmələrindən şikayətlənirlər. Bölgələrdə yaşayan sakinlər isə xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından istifadə etdiklərini bildirirlər.

Bəs bu sahədə hansısa güzəştin olması gündəmdədir?

“Yeni Sabah” xəbər verir ki, Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, qaz limitini aradan qaldırmaq müəyyən dərəcədə vətəndaşların işini yüngülləşdirə bilər: Dördpendirli pizza

“Ən azından bu limitin həddini bir az da yüksəltmək lazımdır ki, aztəminatlı, yoxsul insanlar qış aylarında bu qədər sıxıntı içində olmasınlar və daha rahatlıqla kommunal xərclərin ödənməsini təmin edə bilsinlər. Çünki kommunal xərclərin altında əzilmək bir çox hallarda sağlamlıq problemlərinə gətirir. İstilik istifadəsi az olanda bunun əziyyətini ən çox uşaqlar çəkir. Amma bu məsələlər barədə təkliflər hökuməti də düşündürür. Yəqin ki, vəziyyət optimal şəkildə dəyərləndirilərək qərarlar qəbul ediləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!