Qaz limitinin artmasını kimlər hiss edəcək? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qaz limitinin artmasını kimlər hiss edəcək? - Açıqlama

Sosial

30 Aprel 2019 17:07 1453


 “Tarif Şurası əhalinin istehlak etdiyi mavi yanacaq limitini illik 1.7 min kubmetrdən 2.2 min kubmetrə çatdırdı. Hökimətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən kifayət edəcək”. 

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. O, bildirib ki, bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında aparılan sorğuların nəticəsi göstərdi ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombi ilə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr bəs etməlidir. 

“Mənizlin sahəsi 100 kvadratmetrdən üzüyuxarı getdikcə illik istehlakın həcmi əlavə hər 10 kvadratmetr üçün orta hesabla 100-200 kubmetr aralığında yüksələcək. Bu fərq mənzilin vəziyyətindən, coörafiyada qışın nə dərəcədə sərt keçməsindən asılı olaraq dəyişir”.  Marqarita pizza

R. Ağayevin sözlərinə görə, rəsmi məlumatdan aydın olur ki, hazırda 1.5 milyon ev təsərrüfatının illik istehlakı 1.7 min kubmetrədək, 300 min ev təsərrüfatının illik istehlakı isə 1.7-2.2 min kebmetr intervalındadır: “Məlumat üçün deyim ki, hazırda ölkədə təxminən 2.150 mln. qaz abunəçsisi var. Bu rəqəmlərdən çıxış etsək, deməli indən sonra 650 min abunəçi və ya bütün ev təsərrüfatlarının 30%-i 2.2 min illk qaz istehlak edir. 

Bütün abunəçilərin 56%-i (1.2 mln.) illk 1.7 min kubmetrdən az qaz istehlak edir. 

Statistikanın əhalinin gəlirləri və yoxsulluq səviyyəsi ilə bağlı etibarlı məlumatlar vermədiyi şəraitdə kommunaı xidmət istehlakının səviyyəsi ev təsərrüfatlarının sosial statusunu (yoxsul, orta təbəqə və ultrazənginlər) müəyyən etmək baxımından çox mühüm mənbələrdən biri hesab edilir. 

Nazirlər Kabinetinin hazırda qüvvədə olan normativlərinə görə, 1 nəfər üçün aylıq qaz istehlakı norması 21 kubmetr, 4 nəfərlik orta statistik ailə üçün 84 kibmetrdir. Tarif Şurasının məlumatın görə isə, hazırda aylıq istehlakı maksimum 140 kubmetr olan ailələrin sayı 1.2 mln. təşkil edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!