Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi

Siyasət

30 Sentyabr 2019 09:04 1173


Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.

"Yeni Sabah" bildirir ki, Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.

Müvafiq qərarla, o Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub. Toyuqlu pizza

S. Abdıkerimov 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. Ailəlidir, rus və ingilis dillərində sərbəst danışır. Qazaxıstanın “Kurmet” ordeni, Ukraynanın “Zəhmət və Şücaət” medalı və Qazaxıstanın bir neçə hökumət və yubiley medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!