Qazaxıstanda rus dilinin statusu dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda rus dilinin statusu dəyişdirilir

Dünya

10 Fevral 2026 01:41 567


Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov yeni konstitusiya layihəsində rus dilinin statusu ilə bağlı dəyişikliklər edildiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.

Əvvəllər konstitusiya layihəsinin 9-cu maddəsində rus dilinin dövlət qurumlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə bərabər şəkildə rəsmi istifadə olunduğu göstərilirdi. pizza sifarişi

İndi isə Nurmuxanovun bildirdiyinə görə, "bərabər" sözü "yanaşı" ilə əvəz olunub. Onun sözlərinə görə, dəyişikliklər yalnız redaksiya və üslub xarakteri daşıyır.

Qeyd edək ki, konstitusiya islahatı üzrə komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 21 yanvar tarixli sərəncamı ilə yaradılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!