Qazaxıstanlı politoloq: “Keosayana qarşı cinayət işi açılmalıdır“

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanlı politoloq: “Keosayana qarşı cinayət işi açılmalıdır“

Siyasət

28 Aprel 2022 16:43 468


"Erməni əsilli rusiyalı teleaparıcı Tikran Keosayanın videomüraciətində Qazaxıstan xalqı haqqındakı fikirlərinə görə cinayət işi açılmalıdır". 

“Report” xəbər verir ki, bunu qazaxıstanlı politoloq Dosım Satpayev “İnstagram” səhifəsində yazıb:

“Eynilə bu yaxınlarda Azərbaycanın rusiyalı deputat Mixail Delyaginə qarşı cinayət işi açdığı kimi, onun da barəsində cinayət işi başlanmalıdır”. pizza hut

O, Rusiyanın təbliğat kanallarının Qazaxıstanda yayımının ölkənin təhlükəsizliyində nəhəng boşluqlara, cəmiyyətdə parçalanmanın artmasına gətirib çıxardığını qeyd edib.

Politoloq Qazaxıstanın siyasətinin artıq Rusiyadan fərqli olduğunu da bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!