“Qazinin haqqı ayda 80 yox, 10 min manat olmalıdır” - Səidə Sultan

saytların hazırlanması

Evə çatdırılma

“Qazinin haqqı ayda 80 yox, 10 min manat olmalıdır” - Səidə Sultan

Şou

13 İyul 2022 22:25 1394


“Yadımdadır, o vaxtlar şou-biznes adamları nə deyirdilərsə, düşmənə yanaşılan aqressiya ilə yanaşılırdı. Xeyli vaxtdan sonra nə paylaşım olurdusa hamılıqla “şəhidə və qaziyə hörmət etmirsiniz, siz beləsiniz” deyirdiniz. Sənə qurban olum, şəhidim, var ol, qazim, Azərbaycanın oğulları!”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial media hesabında paylaşıb. İfaçı son günlər baş verən hadisələrlə bağlı fikirlərini yazıb:

“İndi sualım sizədir. Hardasınız? Qazi bu gün haqqını tələb edir, döyüşdə olur və sonda ömürlük sağlamlığını itirir, yarı can qalmağa məcbur olur. Onun haqqı ayda 80 yox, 10 min manat olmalıdır. Pis pisliyini onsuz da edəcək. Bəs, yaxşı sizə nə oldu? Ey millət, niyə, o qazilərin yanında dəstək olmadınız? Niyə sosial şəbəkələrdə “sənə qurban olum”, əməldə isə qıraqdan izləməyi seçdiniz? Dünənə qədər arxanda idik, amma bu gün bağışlayın, mənlik deyil? Millət necə tarac olur-olsun, nə işim var? Baxın, bu sözlər bu yurdun ömürlük kimliyidir! Günahı heç kimdə axtarmayın, günahkar elə özümüzük. Yaltaqlanaraq yaşamağı asan bilirik”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!