“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Yeni Sabah”a “Qəbələ” – “Sumqayıt” matçı öncəsi açıqlama verib. Hacıyev əvvəlcə komandanın hazırlıq planlarından söz açıb:
“Komanda bu gün yola düşəcək. Sabah saat 17:30-da oyunöncəsi son məşqimiz var. Komanda da psixoloji durum yaxşıdır, hər şey qaydasındadır. Böyük ehtimalla, Ceyms Adeniyi matçda iştirak etməyəcək”.
O, az sayda da olsa, azarkeşin Naxçıvana yola düşəcəyini bildirsə də, bunun klub və ya azarkeşlər tərəfindən təşkil olduğunu söyləməyib:
“Az sayda da olsa, azarkeşlərimiz Naxçıvanda komandanı dəstəkləyəcək. “Qəbələ”nin bir qrup sadiq azarkeşi 1 avtobusla yola düşəcək. Məsələnin önəmli tərəfi bunun klub tərəfindən təşkil edilib-edilməməsi deyil. Əsas olan azarkeşlər yanımızda olacaqlar”.
Saytımıza daxil olan digər etibarlı mənbəyə əsasən isə, “Qəbələ” klubu azarkeşlər üçün avtobus təşkil etsə də, maddi hissələr tərəfdaşların özləri tərəfindən qarşılanacaq.
Telegram kanalımız