"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü başa çatıb.
Yenisabah.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
İlk matçda Macarıstan təmsilçisi 4:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun yekununda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb. Bununla belə, "qırmızı-qaralar" ölkə aktivinə 0,250 xal yazdırmağı bacarıblar. Sezar pizza
Telegram kanalımız