“Qəbələ“ fiziki cəhətdən çox güclüdür“   - “Fehervar“ın baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“ fiziki cəhətdən çox güclüdür“ - “Fehervar“ın baş məşqçisi

İdman

20 İyul 2022 18:05 868


"Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Görüşə ciddi hazırlaşmışıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri Macarıstanın "Fehervar" klubunun baş məşqçisi Mixael Boris sabah "Qəbələ" ilə keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

O, "Qəbələ"nin fiziki cəhətdən çox güclü komanda olduğunu bildirib: "Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu. Orada Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, "Qəbələ" fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik. Start heyətində əsasən Türkiyə "Qalatasaray"ına qarşı yoxlama matçınının ilk hissəsində meydana çıxmış futbolçulara şans verəcəyəm. Amma 2-3 dəyişiklik olacağını da istisna etmirəm". Marqarita pizza

Qeyd edək ki, sabah "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!