Qəbələdə zəhərlənənlərin sayı 75-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə zəhərlənənlərin sayı 75-ə çatdı

Rəsmi

06 Avqust 2019 07:28 1346


Son məlumata görə, Qəbələdəki toy mərasimində zəhərlənənlərin sayı 75 nəfərə çatıb.

“Yeni Sabah” xəbər verir ki, səhiyyə Nazirliyinin yaydığı məlumata görə, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb. Səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar. pizza

Hazırda Mərkəzi Xəstəxanada beş, Diqanostika Mərkəzində üç xəstənin stasionar müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!