“Qəbələ“nin dili qatlanan futbolçusundan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“nin dili qatlanan futbolçusundan xəbər var

İdman

22 İyul 2022 13:57 887


Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la ilk oyununda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımovun son durumu məlum olub.

Yenisabah.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Qol.az-a açıqlamasında 32 yaşlı müdafiəçinin vəziyyətinin yaxşı olduğunu bildirib:

"İlkin rəqib futbolçusu ilə toqquşmada sonra bir anlıq şok yaşadı. Bir müddət özündən getdi. Xəstəxanaya aparıldı və həkim nəzarətindən sonra yaxşılaşdı. İndi hər şey qaydasındadır. Futbolçunun heç bir problemi yoxdur. Hazırda komanda ilə birlikdə Azərbaycana qayıdır".  pizza sifarişi

Xatırladaq ki, İlkin Qırtımov ilk hissənin sonlarına yaxın ciddi zədə alıb. Ağrıdan şoka düşən futbolçunun dili qatlanıb. Bu zaman ona ilk yardımı kapitan Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən Qırtımov daha sonra ambulansla xəstəxənaya aparılıb və bir neçə saat həkim nəzarətində qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!