“İtkilərimiz var idi. Məsələn, Adeniyenin özü belə, müəyyən səbələrdən iştirak edə bilmədi. Çalışdıq ki, onun yoxluğunu unutduraq, hiss etdirməyək. Bunu da bacardıq”.
Bunu “Yeni Sabah”a açıqlamasında “Qəbələ”nin kapitanı Cavid Hüseynov deyib. Futbolçu əvvəlcə “Qəbələ” – “Sumqayıt” (1:0) arasındakı final matçındakı çempionluqlarından danışıb:
“Bilirdik ki, final oyundur. “Qəbələ” komandası da 3 dəfə finala çıxmışdı və heç vaxt qələbə qazanmamışdıq. Rəqibin bütün oyunlarını analiz etmişdik, görürdük ki, hər oyunda istəkli oynayıblar. Bizə “Sumqayıt”ın ancaq istəyi mane ola bilərdi. Şükürlər olsun ki, bu istəyin öhdəsindən gəldik və layiqli qələbə qazandıq. Mən özüm 6-cı dəfə final oynayırdım. 5 dəfə final matçına çıxsam da, qələbə qazana bilməmişdim. Kuboku qaldırmaq nəsib olmamışdı. Qismət bu dəfəyəymiş”. Dominos pizza
C.Hüseynov kuboku Tale Heydərova həsr etdiklərini bildirib:
“Çempionatın bitməsinə 5 tur qalmış Tale Heydərov istefa verdi. Gözlənilməz istefa idi. Ondan sonra çalışdıq ki, bütün oyunlarda yaxşı nəticə qazanaq və bu qələbələri Tale Heydərova həsr edək. Çempionatda biz bacarmadıq, kubokda bacardıq. Həqiqətən də, o insanın “Qəbələ” üçün etdikləri danılmazdır. Kuboku da ona həsr edirik”.
Futbolçu mövsüm sonu bitəcək müqaviləsi barədə danışarkən “Qəbələ”dən yekun qərar gözlədiyini və bundan sonra addım atacağını söyləyib:
“Mövsüm sonu müqaviləm bitir. Azərbaycanın 3 klubundan təklifim var. Sadəcə olaraq, “Qəbələ” klubunu gözləyirəm. Komandanın gələcəyi ilə bağlı real söhbət olmayıb. Yaxın günlərdə bu açıqlanar, ondan sonra mən nəsə deyə bilərəm. Çünki bu klub mənə çox doğmadır, onların mənim üzərimdə çox böyük əmək-əziyyəti var”.
Naibə Məmmədova
Telegram kanalımız