“Qəbələ”yə 1600 manat cərimə, “Sumqayıt”a xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ”yə 1600 manat cərimə, “Sumqayıt”a xəbərdarlıq

İdman

30 Aprel 2019 09:16 938


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, yığıncaqda ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları və Azərbaycan Premyer Liqasının 26-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Kubokun 1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əyalət klubu 800 manat cərimə olunub. pizza mizza

Yarımfinalın digər oyunu olan “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra meydan sahibi komandanın mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə "Sumqayıt"ı cəza gözləyir.

Premyer Liqanın 26-cı turunun “Sabah” – “Keşlə” matçında  qonaqların 5, "Zirə" - "Qarabağ" və "Səbail" - "Qəbələ" oyunlarında isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə ödəyəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!