Qəfil güclü öskürək trombun əlaməti ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Qəfil güclü öskürək trombun əlaməti ola bilər

Sağlamlıq

03 Avqust 2020 00:23 1477


Dünən öskürək yox idi, elə indi də hərarət, qızdırma, titrətmə yox, amma insan birdən birə öskürməyə başlayır, öskürək güclənir və sonra bronxlardan qan belə gəlir?

Yenisabah.az xəbər verir ki, bu tip qəfil öskürək ağciyər emboliyası, yəni ağciyərdə damarın trombla tıxanması zamanı baş verir. Dərin venalardan birini trombun tutması istənilən yaş qrupunda ola bilər.

Risk qrupunda az hərəkət edənlər, içki içənlər, diabetlər, piylənməsi olanlar, yaşlılar və təzyiqi olanlar var. Tez-tez təyyarədən istifadə edənlərdə də bu risk var. Pepperoni pizza

Necə bilmək olar ki,tromb xəstənin ağciyərinə keçib. Kəskin təngnəfəslik, qanlı öskürək, xəstənin boğulması, yıxılması və s. Bu hallarda mütləq təcili həkimə müraciət etmək və xəstəxanada adekvat yardım almaq lazımdır, gözləmək olmaz.  /Medicina.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!