Qəhvə içə bilməyəcəyik - Kəskin bahalaşma və qıtlıq

saytların hazırlanması

Evə çatdırılma

Qəhvə içə bilməyəcəyik - Kəskin bahalaşma və qıtlıq

İqtisadiyyat

29 Noyabr 2019 10:54 1149


Dünyanın əmtəə bazarlarında qəhvənin qiyməti son bir ayda 25 faizdən çox bahalaşıb.

"Yeni Sabah" bildirir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bildirilir ki, oktyabrın ortalarında 1 funt qəhvə 0,93 dollara satılırdısa, noyabr ayında bu qiymət 1,15 dollara yüksəlib. Buna ən böyük qəhvə ixracatçılarından biri olan Hondurasda quraqlıqdan sonra qəhvə yığımı həcminin azalması səbəb olub. Marqarita pizza

Qeyd edək ki, dünyada hər gün orta hesabla 2 milyard fincan qəhvə içilir. Qəhvə ixracatı 20 milyard avro dövriyyəyə malikdir. Gələcəkdə qıtlıq səbəbilə "lüks qida" kateqoriyasına daxil olacağı proqnozlaşdırılan məhsullardan biri də qəhvədir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!