Qərb bölgəsində güclü yağış yağır, bəzi dağlıq ərazilərə ildırım düşüb

saytların hazırlanması

Evə çatdırılma

Qərb bölgəsində güclü yağış yağır, bəzi dağlıq ərazilərə ildırım düşüb

Rəsmi

02 Avqust 2020 22:20 1104


Qərb bölgəsində yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub.

Yenisabah.az xəbər verir ki, hazırda Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında, həmçinin Gəncə şəhərində yanğıntılı hava şəraiti müşahidə olunur.

Daşkəsən rayonunda leysan səbəbindən bəzi ərazilərdə sakinlərin təsərrüfatına qismən zərər dəyib. Avromobil yollarında nəqliyyatın hərəkətində bir müddət çətinliklər yaranıb. Bəzi hündür dağlıq ərazilərə isə ildırım düşüb. pizza mizza

Şəmkir, Gədəbəy, Göygöl və Samux rayonlarına və Gəncə şəhərinə də yağış yağıb. Dağlıq rayonlarda əkin sahələrinə ziyan dəyib.

Hava şəraitinin digər fəsadlara səbəb olub-olmadığı adiyyatı qurumlar tərəfindən araşdırılır.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə güclü ildırım çaxır.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!