“Hazırda gedən prosesləri təhlil edərkən brimənalı şəkildə vurğulamaq lazımdır ki, mühairbənin uzanması ehtimalı daha çoxdur, nəinki yaxın zamanlarda bitməsi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
Politoloq Ukrayna prezidenti Volodimir Zelenskinin “müharibənin tezliklə başa çatacağına dair heç bir əlamət yoxdur” açıqlamasına münasibət bildirib. pizza hut
Mütəxəssisin sözlərinə görə, biz Ukraynada uzun müddətdir gözlənilən Qərb-Rusiya qarşıdurmasının da şahidi olmaqdayıq:
“Artıq Ukraynada baş verən proseslər miqyasına görə kifayət qədər böyük məcra almış və hətta bir çox ölkələrinin maraqlarının toqquşduğu bir prosesə gəlib çıxıb. Bu mənada, təbii ki, biz deyə bilmərik ki, müharibənin tezliklə bitməsi ehtimalı var və ya ümid etmək olar ki, bu, tezliklə bitəcək.
Yadınızdadırsa, danışıqlar prosesinə start verilmişdi, hətta Türkiyə də ev sahibliyi etdi və Türkiyə maksimum dərəcədə Rusiya-Ukrayna danışıqları ilə bağlı vasitəçiliyini təklif etdi. Lakin ondan sonra gedən proseslər elə oldu ki, hətta bu danışıqların özü belə dalana dirəndi. Hazırda hansısa bir formada danışıqların bərpa edilməsi ilə bağlı cəhdlər var, ən azı Türkiyə bu cəhdləri edir. Amma bərpa oluna bilərmi və ya bərpa olunsa, hansı şərtlər altında bərpa olunacaq? Bu da bir qədər ciddi suallar doğurur”.
V. Zifəroğlu əmindir ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı manipulyasiyalar da həddən artıq çoxdur:
“Bu, çox ciddi bir məqamdır və bu manipulyasiyalar bəzən hansısa nöqtələrdə uzalaşmanın mümkünlük ehtimalını da sıfıra endirir. Bu mənada, təəssüf ki, biz hansısa bir şəkildə bu müharibənin tezliklə başa çatacağı ilə bağlı hələ ki, bir ehtimal irəli sürə bilmərik.
O cümlədən mən düşünmürəm ki, Ukraynanın və yaxud prezident Volodimir Zelenskinin müharibənin uzanmasında hər hansı bir marağı olsun. Çünki Ukrayna hazırda ərazi bütövlüyünü bərpa etmək üçün ölüm-dirim savaşına qalxıb.
O ki qaldı Qərbə, hə, bu artıq müzakirə predmeti ola bilər. Çünki Qərb, əsasən də NATO, SSRİ dağıldıqdan sonra mərhələli şəkildə Şərqi Avropaya genişlənmə prosesinə start vermişdi. Bu, dəfələrlə Rusiya və Qərb arasında müəyyən diplomatik narazılıqların meydana çıxmasına səbəb olurdu. Bundan sonrakı mərhələdə isə bu, artıq Ukraynada öz kulminasiya nöqtəsinə çatmış oldu”.
“Səhv etmirəmsə, müharibə 4-5 gün idi başlamışdı, bu məqamda dünyaca məşhur “Al-Quds Al-Arabi” qəzeti bu məsələ ilə bağlı çox möhtəşəm bir başlıqla çıxış etmişdi. O qayıdıb demişdi ki, “Qərbin Rusiya siyasəti iflasa uğradı, meydan isə Ukrayna oldu”. Bu ,artıq müharibənin mümkün məqsədlərinin nə olmasını özündə ehtiva edir.
Hətta fikir verirsinizsə, Ukrayna prezidentinin özü də müəyyən mənada Qərblə bağlı tənqidi fikirlər səsləndirir. Onların Ukraynaya tam dəstək olmaması, eləcə də Qərb liderlərinin Rusiyadan qorxması ilə bağlı və s. açıqlamarı var.
Son oalraq isə onu deyə bilərəm ki, hazırda Qərb maksimum dərəcədə Ukraynada özünə uyğun dividentləri əldə etmək istəyir. Yəni Rusiyanın maksimum zəifləməsi və Rusiyanı müəyyən bir proseslərə məcbur edərək onu Ukrayanda bataqlıqda boğmaq. Hazırkı məqsəd budur”, - deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız