Qərb sanksiyalarla bağlı razılığa gələ bilmir

saytların hazırlanması

Evə çatdırılma

Qərb sanksiyalarla bağlı razılığa gələ bilmir

Dünya

07 May 2022 08:41 338


Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi mayın 6-da Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı yenə razılığa gələ bilməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, müzakirələr həftə sonu davam edəcək. pizza hut

“Aİ ölkələrinin daimi nümayəndələrinin görüşündə Macarıstan, Slovakiya, Çexiya kimi dövlətlərin mövqeyi məsələləri həll etməyə imkan verməyib”, - deyə EFE bildirib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə yazdığı məktubda ölkəsinin Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləyə bilməyəcəyini bildirib.

KİV qeyd edir ki, Aİ tərəfindən hazırlanmaqda olan altıncı sanksiyalar paketi altı ay ərzində Rusiya neftini almaqdan imtina etməyi və ilin sonuna qədər neft məhsullarının idxalını dayandırmağı nəzərdə tutur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!