Qərb tərəfdaşları Paşinyanın gözünü qorxudub - Mənbə

saytların hazırlanması

Evə çatdırılma

Qərb tərəfdaşları Paşinyanın gözünü qorxudub - Mənbə

Rəsmi

14 Aprel 2023 10:11 855


Martın əvvəlində Almaniyaya səfər edən Nikol Paşinyana qərbli tərəfdaşları Rusiyaya “paralel ixrac”, bank köçürmələri sistemlərini bağlamaq və Rusiyaya Qərbin iqtisadi sanksiyalarını adlamaqda kömək etməmək barədə ciddi xəbərdarlıq edilib.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə erməni nəşrinin mənbəsi danışıb

Onun sözlərinə görə, Paşinyan söhbətdən çox təsirlənib və Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrini, hökumət üzvlərini və Dövlət Gəlirləri Komitəsinin (DGK) rəhbərini yanına dəvət edib. Bundan sonra Paşinyan maliyyə köçürmələri sistemlərinin ciddi şəkildə bağlanmasını tapşırıb. Həmin andan etibarən isə son bir ildə kifayət qədər canlı dövriyyəsi və gəlirləri olan bütün erməni şirkətləri bəzi Rusiya məhsulları ilə tələbatlarını ödədiklərinə görə birdən-birə hər şeydən məhrum olublar. pizza hut

Hətta İrəvanın “Zvartnots” hava limanında belə bununla bağlı ciddi nəzarət qurublar:

“Onlar çalışırlar ki, sərnişinlər informasiya texnologiyaları üçün lazım olan aksesuarları çantalarında Rusiyaya aparmasınlar. Bir çox şirkət də malların alınması üçün ABŞ və Avropaya bank köçürmələri edə bilmir və hər şey dayanıb. Bu sahədə fəaliyyət göstərən iş adamları təəccüblənirlər ki, ölkə başçısı Avropadan verilən belə bir yarımçıq əmrə itaətkarlıqla tabe olmaqdan niyə bu qədər qorxmuşdu ki, onun ətrafında çıxış yolları tapmadı? Xüsusilə, bu o deməkdir ki, milyardlarla pul artıq ölkəmizə daxil olmayacaq, iş adamlarımız çox əziyyət çəkəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!