Qərbin qorxunc planı: Bölgə müharibəyə sürüklənir - Ermənistan qurban verilir

saytların hazırlanması

Evə çatdırılma

Qərbin qorxunc planı: Bölgə müharibəyə sürüklənir - Ermənistan qurban verilir

Siyasət

28 Noyabr 2023 16:30 1085


“ABŞ-ın dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə olan telefon danışığında rəsmi Vaşinqtonun qarşısına nə məqsəd qoymasından asılı olmayaraq, əsas odur ki, Birləşmiş Ştatlar Azərbaycanla olan münasibətlərdə düzgün vektor seçsin”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. 

O, son günlər gərginləşən Vaşinqton-Bakı münasibətlərində amerikalı rəsminin jestindən sonra danışıqlar prosesinin perspektivindən söz açıb. pizza

Xatırladaq ki, ABŞ Konqresində “907 saylı düzəliş”in dondurulmasının ləğvindən sonra Azərbaycan Ermənistanla Vaşinqtonda keçirilməsi planlaşdırılan XİN rəhbərlərinin görüşündən imtina etmişdi. 

F. Məmmədova da təsdiqləyib ki, ABŞ-la münasibətlərdə gərginlik müşahidə olunur:

“Regionda heç kəs heç kəsi sıfırlıya bilməyəcək. Region ölkələri üçün də çox vacibdir ki, bu mübarizə münaqişəyə gətirib çıxarmasın. Azərbaycanda bunu anlayırlar, lakin təəssüflər olsun ki, Qərb Ermənistanı bu geosiyasi mübarizə və münaqişəyə qurban verməyə hazırdırlar. Biz bundan ehtiyat etməliyik”. 

Politoloq Qabil Hüseynlinin fikrincə isə bu danışığın nəticəsi olacaq:

“Çünki Amerika kimi bir dövlətlə münasibətləri qaydaya salmadan bölgədəki sabitliyi qoruyub saxlamaq mümkün olmayacaq. Üstəlik, ABŞ, həmçinin Avropa Birliyinə üzv olan ölkələr Ermənistanı öz tərəfinə çəkmək istəyərək Cənubi Qafqazda müəyyən işləri görmək istəyirlər və aranı qarışdırırlar. Ölkə başçısı təcrübəli insandır. Əgər Blinkenlə danışığa gedibsə, yəqin ki, bunu nəticəsi olacaq”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!