Qətlin izini itirmək üçün arvadının meyitini Kürə atdı - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Qətlin izini itirmək üçün arvadının meyitini Kürə atdı - Təfərrüat

Kriminal

20 May 2025 19:57 360


Sabirabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisəyə səbəb ər və arvad arasında yaranan münaqişə olub.

Məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə bir il əvvəl evlənib. Lakin onların arasında rəsmi nikah olmayıb. Cütlük S.Talıbzadənin ailə üzvləri tərəfindən təşkil edilən dini kəbinlə yaşayırmış. Dominos pizza

Bir neçə gün əvvəl qadın rəsmi nigaha daxil olmaq istəyib və bu barədə həyat yoldaşına deyib. Amma S.Talıbzadə rəsmi nigaha razı olmayıb. Ər-arvadın mübahisəsi bir neçə gün davam edib və bu gün baş verən münaqişə nəticəsində S.Talıbzadə həyat yoldaşını döyərək boğub. Nəticədə qadın hadisə yerində ölüb.

Onun öldüyünü görən əri izi itirmək üçün meyiti Kür çayına atıb və qadının intihar etdiyi barədə məlumat yaymaq istəyib. S.Talıbzadə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Lakin qadının ailə üzvləri onun qətlə yetirildiyini bildirərək, S.Talıbzadənin əməllərini ifşa ediblər.

Bundan sonra S.Talıbzadə saxlanılıb və törətdiyi cinayəti etiraf edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!